Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Ukrayna Prezidenti Vladimir Zelenski arasında telefon danışığı olub.
Bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Bildirilib ki, danışıq zamanı Ukrayna-Rusiya müharibəsi, regional və qlobal məsələlər müzakirə edilib.
ƏrdoğanTürkiyənin Ukraynada sülhün təmin olunması üçün vasitəçi rolunu üzərinə götürməyə və sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu vurğulayıb.
Eyni zamanda Türkiyə lideri taxıl dəhlizinin yenidən fəaliyyətə başlamasının vacib olduğunu əlavə edib.
скачать dle 12.1