Qazaxıstanın cənubunda 4,3 bal gücündə zəlzələ baş verib.
Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin seysmoloji eksperimental-metodiki ekspedisiyası məlumat yayıb.
"Qazaxıstan Respublikası Fövqəladə Hallar Nazirliyinin "SOME" MMC-nin seysmik stansiyalar şəbəkəsi 2024-cü il yanvarın 6-da zəlzələ qeydə alıb. Zəlzələnin episentri Qazaxıstanın Almatı şəhərindən 516 kilometr şimalda yerləşir", - məlumatda deyilir.
Zəlzələnin mənbəyinin 15 kilometr dərinlikdə yerləşdiyi qeyd edilir.
скачать dle 12.1