Amerikanın “Politico” nəşri 2024-cü il üçün ən gözlənilməz, lakin ehtimal olunan hadisələrin siyahısını dərc edib.
Xarici media bildirir ki, qəzetin müsahibə götürdüyü ekspertlər siyahıya ABŞ-da prezident seçkilərinin pozulması, yadplanetlilərin kəşfi və rəqəmsal apokalipsisin daxil olduğunu qeyd ediblər.
“Eurasia Group” siyasi risk konsaltinq şirkətinin rəhbərinin fikrincə, Baydenin maraqlarına görə ölkədə seçkiqabağı vəziyyət qızışdığından ABŞ-ın azad və ədalətli seçkilər keçirə bilməyəcəyi ehtimalı var.
“Bulwark” qəzetinin baş redaktoru qeyd edib ki, 2020-ci ildə heç kim pandemiya gözləmirdi. Bu baxımdan o, qlobal rəqəmsal virusun insanlığa yoluxa biləcəyini, iqtisadiyyat üçün fəlakətli nəticələrə səbəb ola biləcəyini etiraf edib.
Ekspertlər 2024-cü ilin digər ehtimal olunan ən pis hadisələri kimi Çinlə müharibəni və Rusiyada çevrilişi göstəriblər.
скачать dle 12.1