Livanın paytaxtı Beyrutun Rafik əl-Həriri hava limanı kiberhücuma məruz qalıb.
Bu barədə “Arab News” məlumat yayıb.
Məlumatda deyilir ki, hakerlər hava limanı terminalının kompüter sisteminə daxil olaraq bütün monitorlarda mesaj yayımlayıblar. Onlar ölkəni İsrail-HAMAS münaqişəsinə qoşulmamağa çağırıb. Belə bir hal olarsa, nəticələrinin ağır olacağı ilə hədələyiblər.
Qeyd olunub ki, hadisəni törədən və “Allahın Əsgərləri” qrupunun adından fəaliyyət göstərən haker saxlanılıb.скачать dle 12.1