Yanvarın 3-də İranın İslam İnqilabı Keşikçilər Korpusunun (SEPAH) generalı Qasim Süleymaninin dəfn olunduğu qəbiristanlığa gedən yolda iki ayrı-ayrı məkanda partlayış törədilib.
Terrorda 95 nəfər ölüb, 211 nəfər isə yaralanıb. 
Hadisələrdən günlər sonra İran dövlət televiziyası terror aktının görüntülərini ilk dəfə yayımlayıb. Belə ki, kadrlarda avtobusun yaxınlığında güclü partlayış baş verir. Maşınların saxlandığı ərazidə partlayışın kim və necə törədildiyi bəlli deyil. Lakin partlayış zamanı ərazidə sıxlıq olduğu görüntülərdə əks olunub. 



скачать dle 12.1