Rusiyanın hərbi təyyarəsi Luqansk üzərində raket buraxaraq öz ərazisini bombalayıb. 
Bu barədə ilhaq olunmuş LXR-in rəhbəri Leonid Paseçnik bildirib.
"Rubejnoye şəhəri üzərində FAB-250 təyyarə sursatının buraxılması baş verib. İnsident Rusiya Aerokosmik Qüvvələrinə məxsus təyyarənin döyüş tapşırıqlarını yerinə yetirməsi zamanı baş verib. Hadisə nəticəsində xəsarət alan olmayıb", - deyə məlumatda qeyd olunub. 
Hadisə ilə bağlı yaxınlıqdakı evlərin sakinləri təxliyə edilib: "Hadisə yerində polis, Fövqəladə Hallar Nazirliyi və hərbi komendantlığın nümayəndələri işləyir".
Qeyd edək ki, oxşar hadisə bir neçə gün öncə Voronej vilayətində qeydə alınıb. 
скачать dle 12.1