Cənubi Koreya ilə Şimali Koreya arasında bufer zonalar artıq etibarlı deyil.
“Radio Free Asia” xəbər verir ki, bu barədə Koreya Respublikasının Silahlı Qüvvələrinin sözçüsü Li Son Çunq bu gün keçirdiyi brifinq zamanı bildirib.
Müdafiə Nazirliyi rəsmisinin sözlərinə əsasən, Şimali Koreya ilə bufer zonalar artıq etibarlı sayılmır və Cənubi Koreya hərbçiləri təlim planlarına uyğun olaraq şimal-qərbdə yerləşən adalarda təlim atışları həyata keçirəcəklər.
Li Son Çunqun bildirdiyi kimi, ölkələr arasında gərginliyin azaldılmasını nəzərdə tutan sazişin müddəalarına Şimali Koreya tərəfindən əməl edilmir.
“Şimali Koreya 2018-ci il 19 sentyabrdan indiyə qədər hərbi sahədə razılaşmanı təxminən 3000 dəfə pozub. Bundan əlavə, artıq üç gündür ki, təlim atışları həyata keçirir. Ordumuz düşmənin gündəlik təxribatlarına reaksiya vermək əvəzinə, öz planlarına uyğun olaraq şimal-qərb adalarında təlim keçirəcək”, - deyə ordu nümayəndəsi əlavə edib.скачать dle 12.1