Rusiyanın Ukraynada apardığı müharibə nəticəsində indiyə qədər 520 uşaq ölüb.

Bu barədə Ukrayna Baş Prokurorluğunun "Telegram" hesabında bildirilib.

"8 yanvar 2024-cü il səhər saatlarına olan məlumata görə, Rusiya Federasiyasının genişmiqyaslı silahlı təcavüzü nəticəsində indiyə qədər 520 uşaq həlak olub, 1186 uşaq müxtəlif dərəcəli bədən xəsarətləri alıb", - məlumatda deyilir.

Baş Prokurorluq bildirib ki, bu, yekun rəqəm deyil, aktiv hərbi əməliyyatlar aparıldığı yerlərdə, müvəqqəti işğal olunmuş və azad edilmiş ərazilərdə məlumat toplanması davam edir.скачать dle 12.1