Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi Böyük Britaniyanın xarici kəşfiyyat xidməti olan MI6 üçün məxfi məlumatların toplanılmasında şübhəli bilinən əcnəbi məsləhətçinin saxlanıldığı barədə məlumat yayıb.

Bu barədə “South China Morning Post” xəbər verir.

Amma saxlanılan şəxsin vətəndaşlığı, yaşı və adı barədə məlumat verilməyib. Nazirlik bildirib ki, o, 2015-ci ildən bəri MI6-ya çalışır. Ona Britaniya kəşfiyyatı tərəfindən təlim keçirilib.

Həmin şəxs məxfi məlumatları toplamaq üçün Çinə səfər etməklə yanaşı, həm də MI6-ya digər casusları cəlb etməkdə köməklik edib.скачать dle 12.1