Türk Hava Yollarına (THY) məxsus İzmir-İstanbul reysi üzrə hərəkət edən təyyarəyə naməlum şəxs və ya şəxslər tərəfindən lazer tuşlanıb.
Türkiyə mətbuatı xəbər verir ki, uçuş təhlükəsizliyini riskə atdıqları və pilotların diqqətini yayındırdıqları səbəbiylə təyyarələrə lazer tuşlayanlar 91 min 139 Lirə cərimə olunub.
Təyyarəyə lazer tuşlandığı anlar sərnişin tərəfindən saniyə-saniyə lentə alıb.
Belə ki, hadisə, sərnişin təyyarəsi İstanbula eniş edərkən baş verib. Sərnişin həmin görüntüləri sosial media hesabında paylaşıb:
"06.01.2024, TK-2443 İzmir-İstanbul səfərində belə bir şey oldu".
Sərnişin paylaşımına həm THY-ni, həm də İstanbul Polis İdarəsini etiketləyib.
Mülki Aviasiya Baş İdarəsinin dərc etdiyi inzibati cərimələrə görə, təyyarələrə lazer parıltısı verilməsi, hava gəmilərinin əlaqəsinə mane olması və ya uçuş təhlükəsizliyini riskə atacaq şəkildə oxşar pozuntulara yol verilməsi hallarında 91 min 139 Lirə cərimə kəsilir. Bundan əvvəl ABŞ-da Delta Hava Yollarına məxsus təyyarəyə lazer tuşlayan və bu cinayəti dəfələrlə törətdiyi üzə çıxan şəxsə həbs cəzası verilib.






скачать dle 12.1