"Paskal" və "Modula-2" proqramlaşdırma dillərinin yaradıcısı və aparıcı dizayneri, görkəmli isveçrəli alim Niklaus Virt 89 yaşında vəfat edib.
Bu barədə Hesablama Maşınları Assosiasiyasının (ACM) saytında məlumat verilib.
Virt gələcək kompüter dilləri, sistemləri və memarlıq tədqiqatları üçün əsas olan EULER, ALGOL-W, MODULA və PASCAL daxil olmaqla bir sıra innovativ kompüter dillərini işləyib hazırlayıb. 
1984-cü ildə o, proqramlaşdırma dilləri sahəsinə verdiyi töhfələrə görə nüfuzlu Turinq Mükafatına layiq görülüb. "Paskal" proqramlaşdırma dili onun ən məşhur əsəridir. 
скачать dle 12.1