“Ermənilərin artıq bir neçə gündür atəşkəs sazişini pozması, Azərbaycan əskərlərinin yaralanması Rus sülhməramlı qüvvələrindən təcili və qətiyyətli addımlar atmağı tələb edir”.
Bunu Azərbaycan parlamentinin eks-spikeri Rəsul Quliyev deyib. O, bildirib ki, ilk növbədə DQ-da silahlı qüvvələri 100 faiz tərksilah etmək lazımdır. 
“Özünü DQ-ın administrasiyası, Prezidenti və ya nazirləri adlandıran şəxslərə onların silahlı qüvvələr saxlamağa heç bir icazəsi olmadığını başa salmaq lazımdır. 
Ermənilər qətiyyətlə zorla başa salınmasa, onların terror aktları davam edəcək”.скачать dle 12.1