Yaponiya hökuməti dünyanın bütün ölkələrindən və regionlarından müvəqqəti olaraq ölkəyə girişə qadağa tətbiq edib. Bu zaman ölkəyə qayıdan yaponlar və Yaponiya ərazisində uzun müddət yaşamaq hüququna malik olan əcnəbilər istisna təşkil edəcək.
Bu barədə dekabrın 26-da hökumət tərəfindən yayılan bəyanatda bildirilib.
Sənəddə deyilir: “Məhdudiyyət bir sıra ölkələrdə koronovirusun yeni ştammının müəyyən edilməsi ilə bağlı fasiləsiz qaydada həyata keçirilən tədbirlərə uyğun olaraq tətbiq edilir”. Qeyd edilir ki, həmin tədbir dekabrın 28-dən gələn il yanvarın sonunadək qüvvədə olacaq.
Bununla yanaşı, qısa müddətli biznes ezamiyyələrdə iştirak edən Yaponiya sakinləri üçün nəzərdə tutulan yumşaldılma da aradan qaldırılır. Həmin şəxslərin ezamiyyədən qayıtdıqdan sonra iki həftə müddətinə karantində qalmaması barədə güzəşt ləğv olunur.
Bundan əlavə, koronovirusun yeni ştammının aşkar edildiyi ölkələrdən qayıdan Yaponiya sakinlərindən son 3 sutka ərzində həmin ştammın aşkar edilməməsi barədə arayış təqdim etməsi tələb olunacaq.
Əlavə olaraq qeyd edək ki, oktyabrın 1-dən başlayaraq Yaponiya hökuməti bu ölkəyə gələn əcnəbilər üçün müəyyən yumşaltmalar tətbiq etmişdi. Həmin yumşaltmalar Yaponiyada uzun müddət yaşayan, həmçinin səhiyyə, təhsil, mədəni əlaqələr və digər məqsədlərlə gələn əcnəbilər üçün nəzərdə tutulurdu. /Azərtac
Bu ölkəyə giriş qadağan edildi
27
dekabr
09:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat