Dekabrın 31-dən Ermənistanın türk mallarının idxalına qoyduğu qadağa qüvvəyə minir.
“Yeni Sabah” xəbər verir ki, iqtisadçı ekspert Qubad İbadoğlu deyib ki, son illər Türkiyədən Ermənistana orta illik idxal 250 milyon dollar ətrafında olub. Ermənıstanın iqtisadiyyat naziri Vaan Kerobyanın mətbuata verdiyi açıqlamaya görə, onlar artıq türk mallarının əvəzedicilərinin hardan alınmasını müəyyənləşdiriblər. Bu Avrasiya İqtisadi İttifaqı, Avropa Birliyi ölkələri, Çin və Gürcüstandır.
“Qarabağ müharibəsində tutduğu mövqeyə görə Türkiyəyə iqtisadi və siyasi təzyiqlərə məruz qalır. Odur ki, sahibkar olaraq Azərbaycan və Türkiyə arasında iqtisadi ticari əlaqələrimizi və investisiya əməkdaşlığımızı daha da genişləndirməli, istehlakçı olaraq, malların və xidmətlərin alınmasında, online sifarişlərində türk məhsullarına üstünlük verməliyik.
Təəssüf hissi ilə qeyd etmək istərdim ki, bunun üçün hələ də lazımı mühit yaradılmır, əksinə bu əlaqələrin məhdudlaşdırılması istiqamətində addımlar atılır. Məsələn, Bakıdan İstanbula və geriyə təyyarə biletinin qiyməti İstanbuldan Nyu-Yorka və geriyə uçuşdan bahadır. Yaxud, İstanbuldan Bakıya gələn sərnişinlər Bakıda daha çox gömrük yoxlamalarına məruz qalırlar. Odur ki, təklif edirəm:
1) Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının növbəti iclası keçirilsin və ticari-iqtisadi mütəffiqliyə dair yeni sənədlər imzalansın.
2) 2020-ci il fevralın 25-də Bakı şəhərində imzalanan və bu günlərdə Türkiyə Böyük Millət Məclisində təsdiqlənən Türkiyə və Azərbaycan arasında Preferensial Ticarət Sazişin subyektinə daxil olan mal qrupların genişləndirilsin.
3) Türkiyə və Azərbaycan arasında ticarət asanlaşdırılmasına və təşviq edilməsinə, mallar üzrə tariflərin azaldılmasına və ya ləğv olunmasına, para-tariflərin və qeyri-tarif maneələrinin ləğv olunmasına dair yeni saziş imzalansın.
4) Azərbaycan Mərkəzi Bankı ilə Türkiyə Mərkəzi Bankı arasında swap (ikili bir valyuta mübadiləsi) sazişi imzalansın.
5) Türkiyədən idxalla məşğul olan şirkətlər dünya Azərbaycanlılarının Həmrəylik günü ərəfəsində türk mallarına 1 həftəlik güzəşt kampaniyası keçirsin.
6) İstehlakçılar ştrix kodu 869-la başlayan türk mallarının alışına üstünlük versin”.
“Bakıdan İstanbula biletin qiyməti İstanbuldan Nyu-Yorka olandan bahadır” – İqtisadçıdan çağırış
27
dekabr
10:17
Qarabağ
KOMMENTLƏR
“Azərbaycan xalqı dünyanın ən çox dərman yeyənləri siyahısındadır” – Qubad İbadoğlu
“Səlcuq Bayraktara Milli Qəhrəman adı verilsin...”
Yeni nazir Ermənistan mallarını Azərbaycan bazarına çıxarmaq istəyir
Ermənistan buna da əl atdı: Ölkəyə türk malları buraxılmaycaq
Türk ordusunun Azərbaycana gəlməsi nəyi dəyişəcək?
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev