Son 3 il ərzində Ermənistanın təxminən 82 min vətəndaşı Rusiya pasportunu alıb.
Bu barədə Rusiya Federasiyasının Daxili İşlər Nazirliyi bildirib.
Qeyd edilir ki, 2018-ci ildə 27 min nəfərdən çox erməni Rusiya Federasiyasının pasportlarını alıb. 2019-cu ildə 24 min nəfər erməni Rusiyanın vətəndaşı olub. 2020-ci ildə isə bu göstərici bir qədər də artıb. Belə ki, ötən il təxminən 31 min nəfər erməni Rusiya Federasiyasında vətəndaşlıq alıb.
Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya üzrə statistik məlumatlarına əsasən, 2020-ci ildə ümumilikdə 656,3 min əcnəbi bu ölkənin vətəndaşlığını alıb. (Report)скачать dle 12.1