İranda ötən sutka ərzində 7 802 nəfər koronavirusa (COVID-19) yoluxub.
Bunu İranın Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyinin sözçüsü Sima Sadat Lari deyib.
S.Sadat Larinin sözlərinə görə, bununla da ölkədə virusa yoluxanların sayı 1 771 115 nəfərə çatıb. Virus daşıyıcılarından 3 859 nəfərin vəziyyəti ağır qiymətləndirilir.
Nazirlik rəsmisi deyib ki, İranda ötən 24 saat ərzində 65 nəfər koronavirusdan ölüb. Beləliklə İranda bu virusdan ölənlərin sayı 61 492 nəfərə yüksəlib.
İranda indiyədək 1 514 061 nəfər koronavirusdan sağalıb, indiyədək 11,9 milyondan çox diaqnoz testi həyata keçirilib.
İranda koronavirusa yoluxma üzrə 9 rayon qırmızı, 31 rayon narıncı, 295 rayon sarı, 113 rayon isə mavi zona hesab olunur.скачать dle 12.1