Almaniyada koronavirusla bağlı tətbiq edilən qadağalar qismən mərhələli şəkildə ləğv ediləcək.
Kansler Angela Merkelin sədrliyi ilə keçirilən toplantının nəticəsinə əsasən ölkənin 16 əyalətində aprel ayının 20-dən etibarən mağazalar, mayın 4-dən etibarən isə məktəblər açılacaq. Həmçinin may ayından etibarən bərbərlər tibbi maska ilə fəaliyyət göstərə bilər. Ölkə miqyasında 1,5 metr məsafə qadağası davam edəcək. Təmas qadağası isə mayın 3-nə qədər qüvvədə olacaq.
Toplantıların təşkili və səyahət etmək qadağası davam edəcək. Qərarə əsasən hökumət hər ay iki dəfə toplanaraq atılacaq addımları dəyərləndirəcək.скачать dle 12.1