ABŞ-da səfərdə olan Almaniya kansleri Angela Merkel, ABŞ prezidenti Co Bayden ilə görüşüb.
Hər iki lider Rusiyadan Almaniyaya gələcək "Şimal Axını 2" boru kəməri layihəsi ilə bağlı fikir ayrılıqlarının olduğunu bildirib. Lakin Rusiyanın "təcavüzlərinə" qarşı ortaq fikirdə olduqlarını deyiblər. 
Bayden mətbuat konfransı zamanı qeyd edib ki, yaxşı dostlar bəzən fərqli düşünə bilər. Buna görə də o, ABŞ-ın 11 milyard dollarlıq sərmayəsi olan "Şimal Axını 2" boru kəməri layihəsi ilə bağlı narahatlığını ictimaiyyətə bildirib. 
Həmçinin Merkel, Rusiyanın təbii qazının Ukrayna ərazisindən keçməsi ilə bağlı razılaşmaları pozduğu təqdirdə sanksiyalarla qarşılaşacağını deyib. 
Qeyd edək ki, sözügedən qaz kəməri Baltik dənizi sahillərindən başlayır, Rusiya və dəniz yolu ilə Almaniyaya qədər davam edir. ABŞ isə bu boru kəmərini Avropanın enerji təhlükəsizliyi və ABŞ-ın Ukrayna və şərqi Avropadakı digər müttəfiqlərinə qarşı bir risk hesab edir.
скачать dle 12.1