Türkiyədəki yanğınların söndürülməsi zamanı həlak olmuş rus hərbçilərin adı əbədiləşdiriləcək.
Türkiyə KİV xəbər verir ki, bu barədə Bodrum rəhbərliyi açıqlama verib.
Belə ki, Bələdiyyə rəhbərinin Rusiya mətbuatına verdiyi məlumata görə, şəhərdə "Be-200" amfibiya yanğınsöndürən təyyarəsinin ekipaj üzvlərinin şərəfinə meşə salınacaq. Gələcəkdə həmin meşələr qəhrəman rus hərbçilərinin adını daşıyacaq.
Xatırladaq  ki, avqustun 14-də Rusiyaya məxsus "Be-200" təyyarəsi Adana yaxınlığında qəzaya uğrayıb. Təyyarənin göyərtəsində olan beş rus hərbçisi və üç Türkiyə vətəndaşı qəza nəticəsində həlak olub.
скачать dle 12.1