İranda son 24 saatda 79 Covid-19 xəstəsi vəfat edib.
Bu barədə İslam respublikasının Səhiyyə Nazirliyi məlumat yayıb.
Xəstəlikdən ölənlərin ümumi sayı 130.356 nəfərə çatıb.
Ökədə 3514 yeni Covid-19 xəstəsi müəyyən edilib, onlardan 584-ü xəstəxanaya yerləşdirilib.
Virusa yoluxanların ümumi sayı 6 milyon 141 min 335-ə çatıb.
İndiyədək 5.936.975 xəstə sağalıb.
скачать dle 12.1