Rusiya qoşunlarını Kiyev və Çerniqovun vilayətlərindən çıxarıb.
Rusiya və Ukrayna mətbuatı verdiyi xəbərə görə, Rusiyanın bu addımının Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqlarda irəliləyişlə bağlı olduğu iddia edilir.
Rusiya Federasiyasının Müdafiə Nazirliyi bildirib ki, "Ukrayna ilə danışıqların praktiki müstəviyə keçməsi ilə əlaqədar olaraq Kiyev və Çerniqov istiqamətlərində hərbi aktivliyin əhəmiyyətli dərəcədə azaldılması barədə qərar qəbul edilib".
Rusiya nümayəndə heyəti Moskvaya qayıtdıqdan sonra bununla bağlı daha ətraflı məlumat verəcəyini vəd edib.
Xatırladaq ki, Rusiya qoşunlarının Çerniqov və Kiyev vilayətlərindən çıxarılması daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən təsdiqlənmişdi. Lakin Ukrayna tərəfi iddia edir ki, bu addımın əsl səbəbi danışıqlar deyil, böyük həcmli itkilərdir.
Qeyd olunub ki, bir neçə gün əvvəl RF Silahlı Qüvvələrinin ayrı-ayrı bölmələri rotasiya, yenidən qruplaşma, yaralı əsgərlərin təxliyəsi və ərzaq ehtiyatlarının artırılması üçün Belarus ərazisinə çəkilmişdi.
Eyni zamanda, Ukrayna Silahlı Qüvvələrinin Kiyev yaxınlığında əks-hücumlarını davam etdirdiyi də bildirilir.
Rusiya qoşunlarını Kiyev ətrafından ÇIXARDI
29
mart
17:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat