Rusiya hava hücumundan müdafiə qüvvələri Ukraynanın "Su-27" döyüş təyyarəsini və 8 ədəd pilotsuz uçuş aparatını vurub.
Bunu Rusiya Müdafiə Nazirliyinin sözçüsü general-mayor İqor Konaşenkov deyib. 
"Ukrayna Hərbi Hava Qüvvələrinə məxsus "Su-27" qırıcısı Xarkov vilayətinin Lozovaya kəndi yaxınlığında havada vurulub", - Konaşenkov bildirib.
O əlavə edib ki, səkkiz Ukrayna pilotsuz təyyarəsi İzyum, Levkovka, Novaya Həştərxan, Novaya Kuban, Şastlivoye, Çernobayevka və Çernovı Sokol rayonlarında vurulub.
скачать dle 12.1