Türkiyənin əsas müxalifət partiyası CHP-ni (Cümhuriyyət Xalq Partiyası) rəhbəri Kamal Kılıçdaroğlunun evində işıqlar kəsilib.
O, öz evində işıqları kəsilmiş halda mətbuata açıqlamalar verib.
“Həyat yoldaşımla bir həftə qaranlıqda qalacağıq. Mən bu məmləkətdə haqq-ədalət üçün kilometrlərlə yol getmişəm, indi qaranlıqda oturacağam. Mən bu dünyadakı bütün demokratlara səslənirəm: Əgər səmimidirlərsə, xalqları üçün də hərəkətə keçsinlər”, - partiya rəhbəri bildirib.
Məlumata görə, Kılıçdaroğlunun 3 ay üçün elektrik enerjisinə 1.030 lirə (təqribən 119 AZN) borcu var.
Qeyd edək ki, Kılıçdaroğlu yeni il ərəfəsində Türkiyədə işıq enerjisi qiymətlərinə edilən hədsiz artıma qarşı çıxıb. O, açıqlamasında bildirib ki, elektriklə bağlı tənzimləmə geri götürülənə qədər işıqpulunu ödəməyəcək.


скачать dle 12.1