Rusiya raket qüvvələri Ukraynanın Xarkov vilayətində komanda məntəqələrini və Nikolayev vilayətində S-300 zenit-raket kompleksinin buraxılış qurğusunu məhv edib.
Bu barədə Rusiya Müdafiə Nazirliyinin (MN) rəsmi nümayəndəsi İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
"Raket qoşunları Xarkov vilayətinin Podolovka rayonunda Dolina yaşayış məntəqəsi ərazisində 81-ci aviasiya briqadasının və 77-ci ərazi müdafiə briqadasının komanda məntəqələrini vurub. Həmçinin, Nikolayev vilayətinin Kulbakino rayonunda S-300 zenit-raket kompleksinin buraxılış qurğusu məhv edilib”, - Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov Ukrayna tərəfinin indiyədək verdiyi hərbi itkiləri də açıqlayıb: “Ümumilikdə, xüsusi hərbi əməliyyat başlayandan indiyədək Ukrayna Silahlı Qüvvələri 146 təyyarə, 112 helikopter, 696 pilotsuz uçuş aparatı, 286 zenit-raket kompleksi, 2783 tank və digər zirehli döyüş texnikası, 316 reaktiv yaylım atəşi sistemi, 1255 səhra artilleriya qurğusu və minaatan, o cümlədən 2590 ədəd xüsusi təyinatlı hərbi avtomobil texnikası məhv edilib".
Rusiya MN Ukraynanın itkilərinin sayını AÇIQLADI
03
may
13:14

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat