Niderland hələ də Ukraynaya səfərin təhlükəli olduğunu bildirib.
Bu barədə Niderlandın Ukraynadakı səfiri Cennes de Mol məlumat verib. Onun sözlərinə görə, səfirlik Niderland vətəndaşlarının Ukraynaya qayıtmağa başladığını müşahidə edib. Bəziləri qohumlarını ziyarət edir, bəziləri isə şirkətdə və ya təsərrüfatda işləmək üçün qayıdırlar.
"Kiyevdəki səfirliyin konsulluq şöbəsi müvəqqəti bağlanıb. Bu o deməkdir ki, biz Ukraynada problemlərlə üzləşən Niderland vətəndaşlarına yalnız minimal yardım göstərə bilərik"-deyə o qeyd edib.
скачать dle 12.1