Yaponiyanın sabiq Baş naziri Sindzo Abe vəfat edib.
Bu barədə Yaponiya KİV-ləri məlumat yayıb.
***12:29
Yaponiyanın sui-qəsdə məruz qalan keçmiş Baş naziri Sindzo Abenin son durumu açıqlanıb.
“Sky News” xəbər verir ki, onun vəziyyəti barədə ölkənin müdafiə naziri Nabuo Kisi məlumat verib.
Nazir keçmiş hökumət başçısının səhhətinin ağır olduğunu və ona qan köçürüldüyünü söyləyib.
Həmçinin S.Abeyə atəş açan 41 yaşlı Tetsuya Yamaqaminin polisə verdiyi ilkin ifadəsi mətbuata sızıb. O, müstəntiqlərə ifadəsində sabiq Baş nazirin siyasətindən narazı olduğunu və onu öldürmək istədiyini bildirib.
***
09:23
Yaponiyanın Nara şəhərində keçmiş baş nazir Şinzo Abenə qarşı sui-qəsd edilib.
"Kyodo News" xəbər verir ki, siyasətçi çıxış edərkən naməlum şəxs tərəfindən kürəyindən 2 güllə yarası alıb.
İlkin məlumata görə, sabiq baş nazirin hər iki ağciyəri zədələnib. O, vurulduqdan sonra yerə yıxılıb. Təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Polis hücumçunu hadisə yerində saxlayıb. Atəş açan şəxsin 40 yaşlı Nara şəhər sakini olduğu məlum olub.
***
09:02
Yaponiyanın keçmiş Baş naziri Şinzo Abe kütlə qarşısında çıxışı zamanı silahlı hücuma məruz qalıb.
“Bloomberg“ xəbər verir ki, hadisə Nara şəhərində baş verib. Siyasətçi huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıb. Şahidlərin dediyinə görə, 2 atəş səsi eşidilib.
Onu güllələyən Nara şəhərinin sakini, keçmiş dənizçi 41 yaşlı Tetsuya Yamaqami polis tərəfindən saxlanılıb.
Güllələnən sabiq Baş nazir VƏFAT ETDİ - (YENİLƏNİB-2)
08
iyul
13:13

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat