Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna nümayəndə heyəti ilə vəziyyəti nizamlamaq üçün danışıqları bərpa etməyin mümkün olub-olmaması ilə bağlı sualı cavablandırıb. 
Xarici KİV xəbər verir ki, Vladimir Putinin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonda bu mövzunu müzakirə edib-etməməsinə mənfi cavab verilib. 
"İndi bu barədə heç bir söhbət yoxdur", - Peskov deyib. 
Qeyd edək ki, mayın ortalarında Moskva və Kiyev danışıqlar prosesinin dayandırıldığını elan ediblər.
скачать dle 12.1