Bəyin 36 yaşlı əmisi oğlu toyda güllə ilə gəlini öldürüb. Hadisə İranın Firuzabad şəhərində  baş verib.

Hadisənin qurbanı 24 yaşlı Mahvaş Lehey olub. Toy ziyafəti zamanı bəyin 36 yaşlı əmisi oğlu  ov tüfəngindən iki dəfə atəş açıb və biri təsadüfən onun başına dəyib. Lehey xəstəxanaya  çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisə zamanı ondan başqa daha iki qonaq yaralanıb.

36  yaşlı şəxs hadisə yerindən qaçsa da, polis tərəfindən saxlanılıb. Onun üzərindən Leheyi öldürdüyü silah götürülüb. /olke
скачать dle 12.1