Nensi Pelosinin əri sərxoş vəziyyətdə avtomobil idarə etdiyi üçün mühakimə olunur.
Bu barədə "CBS News" məlumat yayıb.
Məhkəmədə bildirildiyi kimi, Pol Pelosi may ayında "Porsche"ni "Jeep"ə çırpıb, lakin o, Şimali Kaliforniyada sərxoş vəziyyətdə avtomobil idarə etməkdə təqsirli olmadığını bildirib.
Prokurorluq hadisəni "Jeep"in sürücüsünün aldığı xəsarətlərə görə yüngül cinayət hesab edib. Məlumata görə, 82 yaşlı Paul Pelosi təqsirli bilinərsə, onu ən azı beş gün həbs və beş ilə qədər sınaq müddəti gözləyir.
Qəzadan sonra həbs olunan Pelosi 5 min dollar girov müqabilində sərbəst buraxılıb.O, son məhkəmə iclasında şəxsən iştirak etməyib.
Xatırladaq ki, Nensi Pelosinin Tayvana tarixi səfəri bir gün əvvəl başa çatıb. Pelosi 25 ildə adaya səfər edən ən yüksək rütbəli Amerika siyasətçisi olub. Onun gəlişi ilə əlaqədar Çin ABŞ səfirini çağıraraq Tayvan ətrafında hərbi təlimlər keçirəcəyini elan edib.
Çin də Tayvana qarşı sanksiyalar tətbiq edib.
Pelosinin əri həbs edilə bilər - KİV
04
avqust
10:37

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat