Belarus Silahlı Qüvvələri xüsusi təyinatlı qüvvələrin bölmələrinin döyüş hazırlığının yoxlanılmasına başlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrin Baş Qərargahı məlumat yayıb. 
Volın və Poliske istiqamətlərində Belarus Silahlı Qüvvələrinin bölmələri Belarus-Ukrayna sərhədinin Brest və Qomel vilayətlərindəki hissəsinin mühafizəsinin gücləndirilməsi tapşırığını yerinə yetirməkdə davam edir.
“Belarus Respublikası Silahlı Qüvvələrinin xüsusi əməliyyat qüvvələrinin bölmələrində döyüşə hazırlıq yoxlanılıb”, - məlumatda deyilir.
Xatırladaq ki, Ukrayna Xarici İşlər Nazirliyinin rəhbəri Dmitri Kuleba bir daha Belarusun Ukraynaya qarşı təcavüz cinayətində şərik olduğunu bəyan edib və Ukraynaya müdaxilənin nəticələri barədə xəbərdarlıq edib.
Bir müddət əvvəl özünü Belarus prezidenti elan edən Aleksandr  Lukaşenko NATO ölkələrinin guya Rusiyaya qarşı müharibəyə hazırlaşdığını bildirmişdi. “NATO hücumunun” əsas istiqamətləri isə Belarus və Ukraynadan keçəcək. Həmçinin Belarus Təhlükəsizlik Şurasının dövlət katibi, Kremlin Belarus üçün “gözətçisi” adlandırılan Aleksandr Volfoviç əmin edib ki, respublikadan Ukraynaya heç bir təhlükə yoxdur.
скачать dle 12.1