Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın ölkəsinə qarşı intensiv hücumlarını davam etdirdiyini, lakin Ukraynanın heç vaxt dağıntı yeri olmayacağını bildirib.
Zelenski sosial media hesabından paylaşdığı video mesajında Rusiya ilə Ukrayna arasında davam edən müharibə ilə bağlı son hadisələri dəyərləndirib.
Rusiya ordusunun Ukraynanın müxtəlif bölgələrinə qarşı hücumlarını davam etdirdiyini qeyd edən Zelenski, "Cəmi bir həftə ərzində düşmən bizim Xerson bölgəsində 30 yaşayış məntəqəsini 258 dəfə atəşə tutub", - deyib.
Zelenski ölkəsində müharibəyə başlayan Rusiya hökumətini tənqid edərək, "20 illik hakimiyyətdən sonra dövlətlərinin böyük bir hissəsi sanki orada müharibə baş vermiş kimi viran qalıb" - vurğulayıb.
Rusiyanın Moskvadan gələn “təlimatlara” uyğun hərəkət etmədiyi üçün “intiqam” üçün Ukraynaya müharibə elan etdiyini iddia edən Zelenski, “Ukrayna heç vaxt dağıntı yeri olmayacaq” deyib.
Dünyanın humanitar yardıma ehtiyacı olan ölkələrə taxıl məhsullarını çatdırmaq üçün Ukraynada taxıl təşəbbüsü platforması qurduqlarını xatırladan Zelenski, bu mövzuda Türkiyə, ABŞ, Koreya, Yaponiya, bəzi Avropa İttifaqı (Aİ) ölkələri, NATO və Birləşmiş Millətlər Təşkilatı (BMT) də əhəmiyyətli dəstək aldıqlarını xatırladıb.
"Ukrayna heç vaxt dağıntı yeri olmayacaq" - Zelenski
29
noyabr
11:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat