“Forbes” 2022-ci ildə sərvətləri ən çox azalan beş milyarderi müəyyənləşdirib.
2022-ci ildə onların toplam sərvəti 378 milyard dollar azalıb.
Siyahıda İlon Mask, Ceff Bezos, Mark Zukerberq, Larri Peyc və Sergey Brin yer alıblar.
Antireytinqə rekord həddə - 125 milyard dollar yoxsullaşan Mask başçılıq edib. 2022-ci ildə milyarderin kapitalının əsasını təşkil edən “Tesla” səhmləri 65% dəyər itirib. İlin sonuna onun sərvəti 147 milyard dollar qiymətləndirilirdisə, yanvarın 3-də 137 milyard dollara düşüb və hazırda 140,5 dollar səviyyəsində qərarlaşıb.
Ən çox itirənlər arasında ikinci yeri “Amazon” korporasiyasının qurucusu Bezos tutub. Texnologiya nəhənginin səhmləri 50% ucuzlaşdığından o, ötən il ərzində 85 milyard dollar itirib.
Zukerberqin sərvəti isə 77 milyard dollar azalıb.Onun təsis etdiyi “Meta”nın səhmlərinin dəyəri investorların şirkətin metakainat yaratmağa diqqət yetirmək planlarına dair şübhələri fonunda il ərzində 64% ucuzlaşıb.
Antireytinqdə dördüncü və beşinci yerləri “Google”un yaradıcıları tutub. Peycin sərvəti il ərzində 46 milyard dollar, Brinin kapitalı isə 45 milyard dollar azalıb. Hazırda “Alphabet” kimi tanınan şirkətin səhmləri 2021-ci ilin sonundan etibarən İT bazarındakı ümumi azalmada fonunda 39% ucuzlaşıb.
Mənbə: forbes.ru
Ötən ilin ən çox “yoxsullaşan” milyarderləri məlum oldu
06
yanvar
11:21

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat