Rusiya Federasiyası Prezidentinin mətbuat katibi Dmitri Peskov Ukrayna lideri Volodimir Zelenskinin prezident Vladimir Putinlə danışıqlarda “maraqlı olmadığı” barədə bəyanatını şərh edib.
O, bu barədə jurnalistlərlə keçirdiyi brifinqdə danışıb.
Peskovun sözlərinə görə, bu bəyanat cavab tələb etmir.
"Cənab Zelenskinin hansı vədlərlə prezident seçildiyini bilirik. O, Donbass problemini həll etmədi, Minsk razılaşmalarını yerinə yetirmədi, yerinə yetirmək fikrində deyildi. O, müharibəyə hazırlaşırdı. Onun özü çoxdan prezident Putinin mümkün rəqibi olmaqdan çıxıb”, - Kremlin sözçüsü vurğulayıb.
Bundan əvvəl Britaniyanın "Sky News" nəşrinə müsahibəsində Zelenski Rusiyanın Ukraynada xüsusi hərbi əməliyyatına başlamasından sonra Putinlə görüşməkdə maraqlı olmadığını bildirib.
"Zelenskinin hansı vədlərlə prezident seçildiyini bilirik" - Peskov
26
yanvar
13:38

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat