Türkiyənin Azərbaycandakı səfiri Cahit Baxçı Azərbaycana təşəkkür edib.
O, bu barədə tviterdə yazıb.
“Ölkəmizdə baş verən zəlzələ ilə əlaqədar olaraq ilk dəqiqədən etibarən həmrəyliyini göstərən və yanımızda olan qardaş Azərbaycana təşəkkür edirik”, - diplomat vurğulayıb.
Qeyd edək ki, ötən gecə Türkiyədə 7.4 bal gücündə zəlzələ olub. Son məlumatlara görə, nəticədə 76 nəfər ölüb, 440 nəfər yaralanıb.скачать dle 12.1