Tailand hakimiyyəti Cənubi Koreyaya çarter reysi ilə gəldikdən sonra izsiz yoxa çıxan 23 turisti axtarır. Belə ki, səyahətçilər əsas qrupdan ayrılıb və geri qayıdan təyyarəyə minməyiblər.
Məlum olduğu kimi, yanvarın 30-da 175 tailandlı turist pandemiyadan sonra ilk çarter reysi ilə Banqkokdan Koreyanın Jeolla-namdo əyalətinin əsas görməli yerlərini gəzmək üçün ayrılıb.
Cənubi Koreya Ədliyyə Nazirliyi 10 turistin təyyarənin gəlişindən dərhal sonra Koreya hava limanında yoxa çıxdığını bildirib. Səyahətin dördüncü günündə daha 13 nəfər öz qruplarından ayrılıb.
Nazirlik itkin düşən səyahətçilərin tapılması və evlərinə qaytarılması üçün hər cür səy göstərir.
Qeyd olunur ki, Jeolla-namdo əyalət hökuməti martın sonunadək çarter reysləri ilə 2400-ə yaxın Tailand turistini cəlb etməyi qarşısına məqsəd qoyub, lakin son vaxtlar səyahətçilərin yoxa çıxmasının bu məqsədə nail olunmasına mənfi təsir göstərəcəyi gözlənilir.
Mənbə: lenta.ru
Cənubi Koreyada 23 taylandlı turist itkin düşüb
07
fevral
11:52

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat