Türkiyədə baş vermiş faciəvi hadisədən sonra bütün məşhurlar birlik olub zərərçəkmişlərə yardım edirlər.
Bəzi müğənnilər, aktrisalar isə izləyicilər tərəfindən qınanılıb.
Belə ki, kimisi gec yardım etdiyi, kimisi paylaşım etmədiyi üçün insanların tənqidlərinə məruz qalıb.
Tənqid edilən məşhurlardan biri isə aktrisa Məryəm Üzərli olub. O, bir izləyicinin “İnanılmazsan, hətta Hailey Bieber belə səndən tez paylaşım etdi!” şərhinə sərt cavab verib.
“Sizin mesajınızı humanist bir fikir kimi qəbul etmirəm. İlk gün hekayə paylaşdım. İlk saatlarda da maddi yardım toplayıb göndərdik. Zəhmət olmasa, belə bir dəhşətli vəziyyətdə insanları mühakimə etməyin. Təkcə sosiala baxmayın. Sanki real həyat yoxdur. Arxa planda nələr edildiyini bilmirsiniz. Belə çətin vəziyyətdə bir-birimizə qarşı əsəbi deyil, sevgi və hörmət çərçivəsində yanaşmalıyıq”, - deyə aktrisa bildirib.
Qeyd edək ki, 39 yaşlı aktrisa “Muhteşem Yuzyıl” serialındakı Hürrəm sultan obrazı ilə tanınıb.
Aktrisadan izləyicisinə sərt cavab: “İnsanları mühakimə etməyin”
20
fevral
12:28

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat