Ukrayna prezidenti Volodimir Zelenski rusiyalı həmkarı Vladimir Putinlə hansı şəraitdə görüşəcəyini təsəvvür edə bilmir.
O, bu barədə CNN telekanalına müsahibəsində bildirib.
“Rusiya Federasiyasının prezidenti ilə ünsiyyətdə olmaq üçün belə hallar yoxdur, çünki o, verdiyi sözü tutmur. Bizim ona heç bir etimadımız yoxdur”, - deyə Zelenski bildirib.
Dövlət başçısı əlavə edib ki, diplomatik vasitələrdən istifadə etməyə başlamazdan əvvəl Rusiyanın Ukrayna ərazisini tərk etməsini təmin etmək lazımdır.
"Qızım Kiyevdə universitetə daxil olub, oğlum isə məktəbdə oxuyur. Onların hər ikisi Ukraynadadır. Onlar digər ukraynalı uşaqlara çox bənzəyirlər. Sirenlərlə yaşayırıq... Qələbə istəyirik. Biz müharibəyə öyrəşmək istəmirik, amma çağırışlara öyrəşmişik. Hamı bir şey istəyir - müharibənin başa çatması”, - deyə o, yekunlaşdırıb.
Bundan əvvəl Moskvanın Rusiya və Ukrayna prezidentləri Vladimir Putin və Volodimir Zelenski arasında mümkün danışıqlarla bağlı mövqeyini dəyişdiyi bildirilib.
"Putinlə görüşəcəyimi təsəvvür belə edə bilmirəm" - Zelenski
09
mart
11:00

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat