Litva prezidenti Gitanas Nauseda Rusiya prezidenti Vladimir Putinin Belarusda taktiki nüvə silahı yerləşdirmək qərarını tənqid edərək, "Rusiyanın nüvə şantajı davam edir" deyib.
Nauseda Putinin “Belarusda taktiki nüvə silahı yerləşdirmək” qərarına öz "Twitter" hesabında münasibət bildirib.
Rusiyanın beynəlxalq müqavilələrə məhəl qoymadığını ifadə edən Nauseda, "Rusiyanın nüvə şantajı davam edir. Nüvə fəlakətinə səbəb olmadan hücum edən şəxs dayandırılmalıdır",- deyib.
Martın 25-də Rusiya prezidenti Putin Belarusda taktiki nüvə silahı yerləşdirəcəklərini vurğulayaraq, “Biz bunu nüvə silahlarının yayılmaması ilə bağlı beynəlxalq öhdəliklərimizi pozmadan edəcəyik” - deyə qeyd edib.
NATO və Avropa İttifaqı (Aİ) Rusiyanın bu qərarını “məsuliyyətsiz” hesab etdiklərini bəyan ediblər.
"Rusiyanın nüvə şantajı davam edir" - Litva Prezidenti
28
mart
18:59

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat