Avstraliyalı iş adamı Adrian Portelli 3 milyon dollar dəyərində olan "McLaren" yarış avtomobilini kranın köməyi ilə 57-ci mərtəbədəki evinə qaldırıb.
Xarici KİV xəbər verir ki, 3 milyon dollarlıq "McLaren Senna GTR" avtomobilini Melburn şəhərindəki lüks iqamətgahının 57-ci mərtəbəsinə qaldıran iş adamı onu qonaq otağının ən vacib hissəsinə çevirəcəyini bildirib.
Dəbdəbəli avtomobili kranla qaldırmaq üçün binanın bir tərəfi tamamilə sökülüb. Maşınını 39 milyon dollar dəyərində və 13 min kvadratmetr eni olan evinin qonaq otağına yerləşdirən Portelli, “Mən bir hovuz, bir mətbəx və boulinq meydançası quraşdırmaq istəyirəm" - deyib.


скачать dle 12.1