Ermənistanda uşaq bağçasında kütləvi zəhərlənmə olub.
Erməni mətbuatı xəbər verir ki, hadisə Artaşat şəhərində uşaq bağçalarının birində baş verib. Hadisə nəticəsində 14 uşaq zəhərlənib.
Qidadan zəhərlənən azyaşlılar şəhər xəstəxanasına çatdırılıb.
Hadisənin başvermə səbəbləri araşdırılır.скачать dle 12.1