Astronomlar Yer ölçüsündə olan və vulkanlarla örtüldüyü güman edilən ekzoplanet aşkar ediblər.
NTV” xəbər verir ki, vulkanik fəaliyyətlər su və həyat üçün maneə kimi görünsə də, planetin atmosferi saxlamasına kömək edə bilər.
Elm adamları yeni kəşf edilən "LP 791-18 d" adlı ekzoplanetin vulkanlarla örtüldüyünü açıqlayıb.
Qeyd edilib ki, sözügedən planet Günəş sistemindəki vulkanlar baxımından ən aktiv göy cismi olan Yupiterin İo peyki kimi püskürmələr yaşayır.
NASA-nın verdiyi açıqlamada ekzoplanet müddəti bitmiş Spitzer Kosmik Teleskopu və yerüstü teleskoplardan alınan məlumatların qiymətləndirilməsi nəticəsində kəşf edilib.
Kəşf edilən ekzoplanet Yerdən təxminən 90 işıq ili uzaqda, qırmızı cırtdan ulduzun ətrafında fırlanır və Krater Bürcündə yerləşir.скачать dle 12.1