"Mən rus olduğuma görə utanıram".
Bunu 2013-cü ildə Rusiya vətəndaşlığı alan dünya şöhrətli fransız aktyoru Jerar Depardye deyib. 
O, 2022-ci il fevralın 24-də Rusiyanın Ukraynada müharibəyə başlayandan sonra Rusiya prezidenti Vladimir Putini tənqid edib. Depardye Rusiyanın Ukraynaya təcavüzünü qəbuledilməz adlandırıb.
"Burada olduğumu və Rusiya vətəndaşlığına sahib olduğumu dərk etmək məni çox incidir. Mən Fransa hakimiyyətinə dəstək üçün müraciət edirəm və onlardan mənə müharibə qaçqını statusu vermələrini xahiş edirəm", - aktyor bildirib.
O qeyd edib ki, Moskvadakı mənzilinin satışından əldə etdiyi pulu Ukrayna silahlı qüvvələrinə yardım üçün köçürüb.скачать dle 12.1