Rəsmi Kiyev Rusiya ilə güzəştə getməyə məcbur ola bilər.
Bunu "The Wall Street Journal" (WSJ) nəşri məlumat yayıb.
Bildirilir ki, Ukrayna prezidenti Volodimir Zelenski əks-hücumun nəticələri ilə bağlı Rusiya ilə güzəştə getməli olacaq, çünki Qərbin Ukraynaya “nə qədər lazımdırsa” yardım prinsipi hazırkı əks-hücumun sonuna qədər davam etməyəcək.
Həmçinin nəşr yazır ki, ilin sonunadək NATO ölkələri atəşkəs ideyasını “danışıqlara müqəddimə” kimi təbliğ etməyə başlayacaq, ona görə də Zelenski bunu edərsə, ən sərfəli sazişi bağlamaq barədə düşünməlidir.
Bundan əvvəl Rusiya Federasiyası Prezidentinin köməkçisi, Rusiya Hərbi Tarixi Cəmiyyətinin (RVİO) sədri Vladimir Medinski Kiyevin münaqişənin sülh yolu ilə həllinə və Ukraynanın 2022-ci ildə daimi neytrallıq və təhlükəsizlik təminatı haqqında müqavilənin bağlanmasına yaxın olduğunu bildirmişdi.
Ukrayna Rusiya ilə güzəştə getməyə məcbur ola bilər - KİV
22
iyun
12:08

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat