Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən məlumat verilib.
İyul ayının 2-də saat 03:05-də “Göytəpə” sərhəd dəstəsinin Yardımlı rayonunun Qaravuldaş kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində 5 kiloqram 870 qram narkotik vasitənin Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
İyul ayının 3-də saat 13:30-da “Göytəpə” sərhəd dəstəsinin əməkdaşları tərəfindən Cəlilabad rayon Yusifli kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 10 kiloqram 480 qram narkotik vasitə aşkar olunaraq götürülüb.
İyul ayının 4-də saat 00:45-də “Horadiz” sərhəd dəstəsinin Füzuli rayonunun Qazaxlar kəndi yaxınlığında yerləşən sərhəd zastavasının xidməti ərazisində sərhəd naryadının sayıqlığı nəticəsində 5 kiloqram 395 qram narkotik vasitənin İrandan Azərbaycana keçirilməsinin qarşısı alınıb.
Qeyd olunan faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.