ABŞ Prezidenti Co Bayden “F-16” qırıcılarını idarə etmək üçün ukraynalı pilotların təlimini təsdiqləyib.
Bu barədə ABŞ prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan məlumat verib.
Onun sözlərinə görə, Avropadan olan tərəfdaşlar hazır olan kimi, yəni bir neçə həftədən sonra, onlar məşqlərə başlaya biləcəklər.
“Prezident yaşıl işıq yandırdı və avropalılar hazır olan kimi biz ukraynalıların “F-16”da təlimə başlamasına icazə verəcəyik, dəstəkləyəcəyik və faktiki olaraq lazımi vasitələrlə təmin edəcəyik”, - deyə Ceyk Sallivan CNN-ə bildirib. Onun sözlərinə görə, Avropa ölkələri hazırlıq üçün bir neçə həftə vaxt istəyiblər.
Qeyd edək ki, Ukrayna 11 ölkə ilə “F-16” qırıcılarını idarə edəcək pilotların hazırlanmasına dair memorandum imzalayıb. Planlara əsasən, təlimlərə avqustda başlanacaq. Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, “F-16” qırıcıları 2024-cü ilin birinci rübünün sonuna qədər Ukraynaya təhvil verilə bilər.
Mənbə: Kommersant
Bayden Ukrayna hərbçilərinin “F-16”nı idarə etmək üçün təlim keçmələrinə razılıq verib
17
iyul
18:01

Qarabağ
KOMMENTLƏR
Bayden Zelenski ilə görüşəcək
Danimarka hökuməti ukraynalı pilotların F-16-larla təlimlərə başladığını bildirib
Sallivan: “Rusiya Baydenin Kiyevə səfəri ilə bağlı heç bir təhlükəsizlik zəmanəti verməyib”
ABŞ Baydenin Kiyevə səfəri ilə bağlı Rusiyaya məlumat veribmiş
Bayden Ukrayna münaqişəsinin necə bitəcəyini şərh etdi
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat