ABŞ-nin Şimali Karolina ştatında tornado "Pfizer"in əczaçılıq zavoduna ciddi ziyan vurub.
Bu barədə CNN məlumat yayıb.
Qeyd olunur ki, daha bir neçə binaya ziyan dəyib. Həmçinin dövlətlərarası avtomobil yolu bağlanıb. Təbii fəlakət nəticəsində azı 4 nəfər xəsarət alıb.
ABŞ Milli Meteoroloji Xidmətinin məlumatına görə, tornado ən azı EF-2 kateqoriyasından olub, sürəti 217 km/saata çatıb.
Yaralılar xəstəxanaya yerləşdirilib.




скачать dle 12.1