Gürcüstanın baş naziri İrakli Qaribaşvili Çindən Qazaxıstana gedib.
Bu barədə hökumət administrasiyasının mətbuat xidməti məlumat yayıb.
Almatı hava limanında İrakli Qaribaşvilini Qazaxıstan xarici işlər nazirinin müavini Yermuxambet Konuspayev, Almatı merinin səlahiyyətlərini icra edən Əlişir Abdikadirov, Qazaxıstanın Gürcüstandakı səfiri Malik Murzalin və Gürcüstanın Qazaxıstandakı səfiri Nikoloz Laliaşvili qarşılayıblar.
Səfər çərçivəsində hökumət başçısı Qazaxıstan Respublikasının Baş naziri Əlixan Smailov ilə görüşəcək.
скачать dle 12.1