İlin əvvəlindən ABŞ-da 25 mindən çox insan odlu silahdan istifadənin qurbanı olub.
 
Xarici media məlumat verir ki, bu barədə Gun Violence Archive təşkilatının hesabatında deyilir.
Hesabatda qeyd edilir ki, atışma nəticəsində 25 186 nəfər ölüb, onlardan 170-i 11 yaşa qədər uşaq, 878-i 12-17 yaşlı yeniyetmədir. 22 mindən çox insan yaralanıb. Ümumilikdə, 2023-cü ilin birinci yarısında ABŞ-da 421 kütləvi atışma olub, onlardan 28-i qətliam kimi təsnif edilib.
“Axios”un hesablamalarına görə, ölkədə gündə orta hesabla iki kütləvi atışma hadisəsi baş verir. Statistikalar göstərir ki, 2023-cü ildə onların rekord sayı qeydə alına bilər. Müqayisə üçün qeyd edək ki, əvvəlki rekordun qeydə alındığı 2021-ci ildə ABŞ-da 690 kütləvi atışma olub.
 
скачать dle 12.1