Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunda IV mərhələyə vəsiqə qazanan Maqnus Karlsen istirahət gününü səmərəli keçirməyə çalışıb.
Bu barədə Azərbaycan Şahmat Federasiyasından məlumat verilib.
FIDE reytinqində lider olan norveçli şahmatçı qolf oynayıb.
Qeyd edək ki, beşqat dünya çempionu 2022-ci ildən şahmat tacı uğrunda yarışda iştirakdan imtina edib.скачать dle 12.1