Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.
Səfir etimadnaməsini Prezident İlham Əliyevə təqdim etdi.
Sonra dövlətimizin başçısı səfirlə söhbət etdi.
Söhbət zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli dostluq münasibətlərinin müxtəlif istiqamətlərdə uğurla inkişaf etdiyi bildirildi, siyasi, iqtisadi-ticari, energetika, nəqliyyat, humanitar sahələrdə, regional təhlükəsizliklə bağlı məsələlərdə fəal qarşılıqlı fəaliyyətin həyata keçirildiyi qeyd olundu.
Həm ikitərəfli müstəvidə, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlığın olduğu vurğulandı, dövlət başçıları arasında təmasların əlaqələrimizin genişlənməsinə verdiyi töhfə bildirildi, ikitərəfli münasibətlərimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə olundu.
Görüşdə Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə aparılan danışıqlar prosesinin hazırki vəziyyəti barədə danışıldı.
Energetika və nəqliyyat sahələrində həyata keçirilən layihələrin, o cümlədən Şimal-Cənub nəqliyyat dəhlizinin regional inkişaf üçün əhəmiyyəti vurğulandı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev avqustun 10-da Rusiya Federasiyasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Mixail Yevdokimovun etimadnaməsini qəbul edib.
Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbuat xidməti yayıb.
Prezident Rusiyanın yeni səfirini qəbul edib - YENİLƏNİB
10
avqust
10:21

Qarabağ
KOMMENTLƏR
Prezident yeni səfirin etimadnaməsini qəbul edib
İlham Əliyev yeni səfirin etimadnaməsini qəbul etdi - (YENİLƏNİB)
İlham Əliyev iki səfirin etimadnaməsini qəbul etdi - FOTOLAR (YENİLƏNİB)
Prezident yeni səfirlərin etimadnaməsini qəbul etdi - FOTO (YENİLƏNİB)
İlham Əliyev İqor Babuşkini qəbul etdi - YENİLƏNİB
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat